Jurnalistlər Peskovdan Fransa prezidenti Emmanuel Makronun “istəklilər koalisiyasının” öz hərbi kontingentini Ukraynada yerləşdirməyə hazır olması barədə sözlərinə münasibət bildirməsini xahiş ediblər.
“Bu məsələ ilə bağlı Moskvadan göndərilən tamamilə aydın və ardıcıl siqnalların nəzərə alınmaması və başa düşülməməsi bizi çox məyus edir”, - Kremlin sözçüsü bildirib.
O, həmçinin xarici qoşunların Ukraynaya göndərilməsi məsələsi Rusiya üçün böyük əhəmiyyət kəsb etdiyinə diqqət çəkib. Ona görə də, Moskva Qərb hərbi kontingentinin Rusiya sərhədi yaxınlığında yerləşdirilməsini qəbuledilməz sayır.
- Əslində, Avropa liderlərinin bu cür inadkarlığı indiki əhval-ruhiyyənin - militarist, qarşıdurma, anti-Rusiya əhval-ruhiyyəsinin ümumi konturuna uyğun gəlir. Bu baxımdan yalnız təəssüf hissi ifadə etmək olar”, - Dmitri Peskov vurğulayıb.
Xatırladaq ki, iyulun 10-da Böyük Britaniyanın baş naziri Kir Starmerlə keçirdiyi birgə mətbuat konfransında Fransa prezidenti Emmanuel Makron Paris və Londonun atəşkəsdən sonra Ukrayna münaqişəsi zonasına 50 min nəfərə qədər hərbi kontingent yerləşdirə biləcəyini söyləyib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


